15.12.2021 [09:42] - Gündəm, İqtisadiyyat
Bu ilin yanvar-noyabr aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 76 min 242 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 67 min 703 nəfəri və ya 88,8 faizi Azərbaycan, 8 min 539 nəfəri və ya 11,2 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 11 ayda Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21 min 603 nəfər və ya 39,5 faiz artıb. Həmin müddətdə yerli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 min 272 nəfər və ya 49 faiz artsa da, əcnəbi turistlərin sayında 669 nəfər və ya 7,3 faiz azalma qeydə alınıb. Xarici turistlərin sayında azalma, ilk növbədə, koronavirus pandemiyası səbəbindən ötən ilin əvvəllərindən etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması ilə əlaqədardır.
Bu ilin yanvar-noyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edib. Belə ki, ötən müddətdə bu ölkənin 2044 vətəndaşı Qəbələyə gəlib. Ümumiyyətlə, cari ilin 11 ayında Qəbələyə Səudiyyə Ərəbistanından 1032, Rusiyadan 655, Türkiyədən 617, Hindistandan 559, İsraildən 398, Qətərdən 374, Pakistandan 275, Böyük Britaniyadan 172, ABŞ-dan 162, İrandan isə 132 turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 2119 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |