15.12.2021 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, dünən Tehranın “Behişti Zəhra” qəbiristanlığında oğlunun məzarı üstündə keçirilən kiçik toplantıda çıxış edən Məhəmməd Əli Zəm övladının haqsız edam olunduğunu bildirib.
Ədalətsiz edam qərarına və özünə isə göstərilən təzyiq və təhdidlərə etiraz əlaməti olaraq əynindəki ruhani paltarını çıxaran Məhəmməd Əli Zəm həmişəlik bu geyimdən imtina etdiyini bildirib.
“Bu gün mənə qarşı iş (dosye) açır, başqalarından şahid qismində istifadə edərək onları mənə qarşı səfərbər edir, onlardan mənim guya ruhani paltarınına layiq olmadığımla bağlı yalançı ifadələr almaqla məni mühakimə etməyə çalışırlar.
Mən isə burada könüllü olaraq, başımdakı bu əmmamə və əynimdəki əbanı çıxararaq, millətin pullarını başqalarından mənə qarşı yalançı ifadələr almağa çalışanlara və sizə təqdim edirəm”, -deyə mərhum jurnalistin atası Məhəmməd Əli Zəm deyib.
Məhəmməd Əli Zəm əynindəki molla paltarından həmişəlik imtina etməsinin ardınca oğlunun məzarı üstündə toplaşan və onun çıxışını dinləyənlər tərəfindən çəpik sədaları altında möhkəm alqışlanıb.
Qeyd edək ki, Məhəmməd Əli Zəm bundan əvvəl İranın İslami Təbliğat Təşkilatında və digər qurumlarda müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayının 14-də “Sepah” terror təşkilatı Ruhullah Zəmi İraqa işgüzar səfəri zamanı həbs etməsi və ölkəyə gətirilməsi ilə bağlı xəbər yaymışdı.
Yayılan məlumatlara görə, Zəmin İraqda həbs edilərək İranın bu ölkədəki agentlərinə təhvil verilməsində İraqdakı İran meyilli qüvvələr də birbaşa rol oynamışdılar.
Uzun müddət Tehranın Evin zindanında ETTELAAT əməkdaşları tərəfindən işgəncələr altında dindirilən və bütün təzyiqlərə baxmayaraq öz müxalif mövqeyindən döbnməyən jurnalist Ruhullah Zəm Tehran inqilab məhkəməsi tərəfindən edama məhkum edilib.
O, xarici ölkələrə casusluqda, sistemə qarşı təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici ölkələrdəki İran müxalifəti ilə əməkdaşlıq etməkdə günahlandırılıb.
Jurnalist Zəm 2020-ci il dekabrın 13-də ailəsindən xəbərsiz Tehranın Evin zindanında dara çəkilib.

Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |