Şrift:
Finlandiya və İsveç pandemiya məhdudiyyətlərini sərtləşdirməyi planlaşdırır
16.12.2021 [10:00] - Gündəm, Sağlıq
Finlandiya və İsveç pandemiya məhdudiyyətlərini sərtləşdirməyi planlaşdırı

İsveç KİV-nə istinadən xəbər verir ki, Krallıq hökumətinin Stokholmda keçirdiyi xüsusi mətbuat konfransında pandemiya ilə bağlı vəziyyətin ağırlaşması ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiqinin mümkünlüyü barəsində fikir bildirilib.

Bu arada qonşu Finlandiyada hökuməti yeni koronavirusa yoluxma hallarının, xüsusən də “omikron” ştamının ölkəyə digər insanlar ilə yenidən daxil olması şansını azaltmaq üçün səyahət məhdudiyyətləri tətbiq etməyi düşünür.

Belə ki, həm Avropa İttifaqından, həm də digər regionlardan Finlandiyaya səyahət edənlər, səyahətdən 48 saat əvvəl alınan mənfi koronavirus testi təqdim etməli olacaqlar. Finlandiya, həmçinin bütün səyahətçilərə, o cümlədən Aİ ölkələrindən gələnlərə də, ölkəyə daxil olduqdan sonra təkrar koronavirus testi verməyi tövsiyə edəcək.

Bununla belə, İsveçdə olduğu kimi, Finlandiya hökuməti hələ də yeni məhdudiyyətlərin bütün təfərrüatlarını və qüvvəyə minmə vaxtını müzakirə edir.
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed