27.12.2012 [12:51] - Gündəm, Sosial
Bayram gecesini restoranda keçirtmək istəyənlərin əli cibində olsun
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Artıq paytaxtda Yeni ilin gəlişi ilə bağlı hazırlıq işlərinə start verilib. İl boyu zəhmət çəkib pul qazanan əksər ailələr bu bayramı maraqlı və yaddaqalan şəkildə keçirmək üçün müxtəlif məkanlara gedib, ortabab süfrə açmağı, əylənməyi planlaşdırır.
Ancaq reallıq odur ki, bu gün ölkədə əhalinin böyük əksəriyyəti bayramı hansısa bir restoranda və ya əyləncə mərkəzində ürəyi istədiyi kimi keçirə bilmir.
Paytaxt sakinləri bayramı necə, harda keçirəcəkləri barədə düşünür. Təbii ki, hərə öz büdcəsinə görə hərəkət edəcək. Kimisi Yeni ili evində, kimisi də restoranda qeyd etməli olacaq. Amma restoranda Yeni ili qeyd etmək istəyənlər xeyli pul xərcləməli olacaq. Çünki həmin gün restoranlarda menyuda 10-25 faiz bahalaşma olacaq. Yəni menyular, ənənəvi günlərdən fərqli olaraq, daha yüksək qiymətlərə təklif ediləcək. Menyudan əlavə isə bu tip restoranlarda Yeni il proqramı da təşkil ediləcək. Bakıda saysız-hesabsız restoran və əyləncə mərkəzləri var. Amma qiymətlər əhalinin cibinə uyğun deyil. Hələ bayrama bir ay qalmışdan telekanallarda restoranların reklamları nümayiş etdirilir. Yeni ildə unudulmaz gecə vəd edən restoranlar bir-birindən məşhur müğənniləri, klounları dəvət edir. Şaxta baba və Qar qız da öz yerində. Bəs, görəsən Yeni ili hansısa bir restoranda keçirmək bir ailəyə neçəyə başa gələcək? Bunu öyrənmək üçün bir neçə restoranla əlaqə saxladıq.
"Su sonası" restoranının inzibatçısı bildirdi ki, burada Yeni il gecəsi üçün əyləncə proqramı hazırlanmayıb: "Restoranda təmir işləri gedir. Təmirlə əlaqədar olaraq bu il restoranda Yeni il şənliyi təşkil edə bilməyəcəyik".
"Gilavar" restoranından isə bildirdilər ki, Məhərrəmliklə əlaqədar olaraq heç bir şənlik hazırlanmayacaq.
"Oazis" restoranında da 31 dekabrda səhərə kimi şənlik, şou-proqram olacaq. Belə ki, "Oazis"də özünüzə bayram təşkil etmək istəsəniz, 120 -150 manat xərcləməlisiniz.
"Sərin" restoranında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd etmək istəyənlər 100-200 manatından keçməli olacaq.
"Neolit" də isə bir adamın bayram xərci 150 manat təşkil edir. Sözügedən restoranın inzibatçısı Elnur dedi ki, Yeni il gecəsi restoranda möhtəşəm şou təşkil olunacaq: "Şou axşam saat 21:00-dan səhərə qədər davam edəcək. Bu şouya məşhur müğənnilərin çıxışı, uşaqlar üçün xüsusi şənlik də daxildir. Masanın üzərinə həm də müxtəlif çeşidli təamlar düzüləcək".
Mətbuatda gedən məlumata görə, Bakıda ən bahalı Yeni il şənliyi "Marriott Hotel" də təşkil olunacaq. Burada bir adamın iştirakı 400-500 manata başa gəlir. "Marriot"da Yeni ili qarşılamaq istəyənlər, zəngin menyu ilə yanaşı, qızlardan ibarət dünyada məşhur amerikan pop-qrupu olan "Pussycat doll", Rumıniyanı "Avroviziya"da təmsil edən "Mandingo" qrupunun ifasını dinləyəcək, eyni zamanda, Ukraynanın "Aleksandrit" rəqs qrupunun ifasını izləmək imkanı əldə edəcək. Tədbirdə DC Panço da iştirak edəcək.
Yuxarıda qeyd etdiyimiz kimi, Bakıdakı restoranlarda canlı musiqi, məşhurların ifasını dinləmək üçün 1 nəfər 50-500 manat arası pul xərcləməlidir. Bəs, evdə canlı musiqi olmadan Yeni il şənliyini keçirmək neçəyə başa gəlir? Təbii ki, burada süfrəni nəzərdə tuturuq. Hesablamamız nəticəsində bəlli oldu ki, 5 nəfərlik ailədə 2-3 cür salat, dolma, plov, toyuq ləvəngisi, üstəlik evdə bağlanan kompot, turşu, təzə xiyar, pomidor, çərəz, şirni süfrəsi 150-200 manata başa gəlir. Demək, evdə hazırlanan bir nəfərlik süfrənin qiyməti 25-50 manat arasında dəyişir. Evdə uşaq varsa, bu zaman bayramı daha şən keçirmək üçün Şaxta Baba da çağırmaq olar. Bunun üçün isə 50-80 manat ödəməlisən. Qiymətin içərisinə uşaqlar üçün hədiyyələr də daxildir.
Hər halda, görülən odur ki, bayramı öz ocağı başında qarşılamaq daha sərfəlidir və yəqin ki, əksəriyyət elə, belə də edəcək.
Bayramınız mübarək!
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |