16.12.2021 [10:06] - Gündəm, İqtisadiyyat
Rusiyanın “Rosatom” dövlət korporasiyası Serbiyada nüvə elmi və texnologiya mərkəzi yaradacaq.
“Rosatom” bu ölkədə nüvə texnologiyasının inkişafına kömək etmək üçün mərkəzin yaradılmasına dair Serbiya hökuməti ilə çərçivə sazişi imzalayıb.
Mərkəzin yaradılacağı yer və investisiya məbləği açıqlanmayıb. Burada siklotron kompleksi və radiofarmasevtika istehsalı müəssisəsi yaradılacaq. Müəssisədə həm tibb, həm də sənaye ehtiyacları üçün radioaktiv izotop istehsalı həyata keçiriləcək.
Qeyd edək ki, “Rosatom” Çexiya, Macarıstan, Misir, Polşa, Qazaxıstan, Özbəkistan və Vyetnamda oxşar tədqiqat mərkəzlərinin yaradılmasına dəstək verib.
Rusiyada bütün hərbi və mülki nüvə fəaliyyətlərini həyata keçirən və bu ölkənin ən böyük elektrik enerjisi istehsalçısı olan “Rosatom” qlobal nüvə yanacağı bazarının 17 faizinə sahibdir.

Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |