16.12.2021 [10:27] - Xəbərlər, Mədəniyyət
Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Yerin pərdəsidir, göyün simləri, kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı ədəbi-bədii gecə təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri MKS-nin direktor əvəzi Fəridə Qədimova açaraq ustad aşığın həyat və yaradıcılığı barədə danışıb. “Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının barlı-bəhərli bir ağacdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar dərəcək...”, - deyə qeyd edib.
Kitabxananın əməkdaşı Aidə Abdullayeva Aşıq Ələsgər yaradıcılığının oxucular tərəfindən sevilə-sevilə oxunduğunu bildirib.
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültənin dekanı Bayram Apoyev “Aşıq Ələsgər poeziyasında təbiət təsvirləri” mövzusunda çıxış edib. Gecədə, həmçinin Göy-Göl Təhsil İdarəsinin rəis müavini, şair Salman Balakişiyev, yazıçı Nüşabə Əsəd Məmmədli Aşıq Ələsgər haqqında babasından eşitdiyi xatirələrindən, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, təqaüddə olan dil-ədəbiyyat müəllimi Validə Hüseynova, Əməkdar mədəniyyət işçisi, şair Bəxtiyar Muradov, AYB Gəncə bölməsinin üzvü, şair İmamverdi Məmmədov, Aşıq Ələsgər ustadı Aşıq Alı şəcərəsindən olan Taleh Əlioğlu, Aşıq Ələsgərin nəticəsi Firuzə Ələsgərli ustad aşığın yaradıcılığından, öz millətinə, xalqına, dünya mədəniyyətinə irs qoyub getdiyi zəngin xəzinəsindən, yaradıcılığının mövzu baxımından rəngarəngliyindən, onun təbiət haqqında yazdığı dastanlardan, vətənin gözəlliyini tərənnüm etdiyi əsərlərindən danışıblar.
Bəstəkarlar Bayram Hüseynli, Qəmbər Hüseynli, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqaları Açıq Ələsgərin əsərlərinə dillər əzbəri olan musiqilər bəstələyiblər. Tədbirdə iştirak edən musiqili qonaqlar Azərbaycan Aşıqlar Birliyi Gəncəbasar bölməsinin sədri Aşıq İlqar Nəcəfoğlu “Göyçəgülü”, Aşıq Yolçu Salmanlı, Aşıq Vaqif İbrahimov və balabanda onları müşayiət edən Qarabağ qazisi Yaşar Abbasov, Dəliməmmədli şəhər M.Zeynalov adına orta məktəbin müəllimi Afət Rzayevanın rəhbərliyi ilə tələbəsi Elman Məmmədov Aşıq Ələsgərin şeirlərinə bəstələnmiş nəğmələr ifa ediblər. Mərhum şair Təcnis Rəhim Qurbaninin nəvəsi Sahilə Səfərova babasının Aşıq Ələsgərə ithaf etdiyi şeiri oxuyub.
Tədbirin sonunda MKS-nin direktor əvəzi Fəridə Qədimova gecənin bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirib və belə silsilə tədbirlərin davamlı olacağını xüsusilə vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 994 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |