17.12.2021 [10:21] - Gündəm, İdman
Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq.
Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünün püşkatma mərasimini dəyərləndirərkən deyib.
“Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni fikir söyləmiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda uğur qazana bilərik”, - deyə Canni De Byazi əlavə edib.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |