17.12.2021 [10:23] - Gündəm, Sosial
Bu ilin 11 ayı ərzində Avropa İttifaqı ölkələrinə qeyri-qanuni şəkildə daxil olmağa çalışan miqrantların sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Qanunsuz miqrasiyanın əsas hərəkət marşrutları üzərində bu il ümumilikdə 184 min 180 sərhəd pozulması halı qeydə alınıb. Bu barədə məlumatı Avropa Sərhədlərinin Mühafizəsi Agentliyi (Frontex) yayıb.
Agentliyin hesabatında bildirilir ki, bu il qeydə alınan göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 faizlik artım deməkdir. 2020-ci ildə pandemiya səbəbindən ciddi azalma olsa da, bu ilin göstəricisi pandemiyadan əvvəlki 2019-cu ildən 45 faiz yüksək olub.
Agentliyə görə, qanunsuz miqrasiya hallarının artımı əsasən Şərqi Avropa sərhədlərində artıb, qanunsuz miqrasiya üçün qeyri-ənənəvi sayılan ərazilərdə bu il səkkiz mindən yuxarı qanunsuz miqrant müəyyən edilib (2020-ci ilə baxanda 13 dəfə çox). Həftələrdən bəri Belarusdan keçməklə Polşaya və ya Baltik ölkələrinə daxil olmaq istəyən minlərlə miqrant sərhəd ərazilərdə cəmləşib.
Eyni zamanda, Qərbi Balkan marşrutunda da canlanma müşahidə olunur, bu il həmin istiqamətdə 55 min 130 şəxs Aİ məkanına qanunsuz şəkildə daxil olub (2020-ci illə müqayisədə 138 faiz artım). Mərkəzi Aralıq dənizi marşrutu üzrə, yəni Siciliya və Malta sahilləri istiqamətində isə 64 min qeyri-leqal sərhədkeçmə halı müəyyən edilib (2020-ci ildən 89 faiz çox).
Qeyd edilib ki, qanunsuz miqrantların mənşə ölkələri siyahısına isə ənənəvi olaraq Əfqanıstan, Suriya və İraq başçılıq edir.

Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |