27.12.2012 [14:36] - Gündəm, Siyasət
BMT Baş Assambleyasının 67-ci sessiyasının əsas hissəsi başa çatıb.
Sessiyanın son günündə Assambleyanın Beşinci Komitəsinin 20-dək qətnaməsi qəbul olunub. Bu qətnamələr arasında dövlətlərin ödəyəcəyi üzvlük haqları və BMT-nin sülhməramlı missiyasının büdcəsinə dair sənədələr var.
Baş Assambleya BMT-nin növbəti üç il ərzində xərclərini dövlətlər arasında bölüb. Yeni üzvlük haqqı şkalasına görə, BMT büdcəsinin 22 faizini yenə ABŞ formalaşdıracaq. Üzvlük haqqı müəyyənləşən zaman dövlətin son altı və üç ilə dair statistik göstəriciləri, ümummilli daxili məhsulun həcmi və əhalinin sayı nəzərə alınır. Əgər dövlətin iqtisadiyyatı inkişaf edirsə, onda BMT-yə ödənilən üzvlük haqlarının həcmi də artır.
BMT Baş Assambleyasının 67-ci sessiyasında ümumilikdə 300-dən artıq qətnamə qəbul olunub. Onlar arasında “BMT və GUAM arasındaə əməkdaşlıq” və Azərbaycanın təşəbbüsü ilə təqdim olunan “Transavrasiya yüksəksürətli informasiya magistralının yaradılması ilə internetə daxil olmanın genişləndirilməsi” qətnamələri də var.

Bu xəbər oxucular tərəfindən 885 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |