Şrift:
İspaniyada keçirilən dünya çempionatında iranlı qadın həndbolçu yoxa çıxıb: Onun Qərbə sığındığı təxmin edilir
17.12.2021 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata görə, Şəqayeq Bapiri dekabrın 14-ü axşam saatlarında PCR testi verdikdən sonra taksi ilə hotelə gedərkən istiqamətini dəyişərək naməlum yerə gedib.

İran Həndbol Milli Komandasının rəsmiləri mediaya açıqlamalarfında çempionata qatılan komanda üzvü Şəqayeq Bapirinin yoxa çıxması ilə bağlı İspaniya polisinə müraciət etdiklərindən xəbər veriblər.

“Artıq əlimizdən bir iş gəlmir. Biz sadəcə olaraq baş vermiş hadisə ilə bağlı İspaniya polisi ilə əlaqə saxlamış, məsələnin araşdırılmasını xahiş etmişik”, -deyə İran Həndbol Milli Komandasının rəsmiləri bildiriblər.

Şəqayeq Bapirinin yoxa çıxmasından iki gün keçməsinə baxmayaraq, onun yeri hələdə bilinmir. Yayılan məlumatlara görə, qadın həndbolçunun Avropa ölkələrindən birindən siyasi sığınacaq almaq niyyətində olması təxmin edilir.

Qeyd edək ki, bundan əvvəl də dünya çempionatına qatılan onlarla İran idmaçısı, o cümlədən də qadın idmançılar milli komandanın düşərgəsini tərk edərək xarici ölkələrə sığınıblar.

Qərb ölkələrinə sığınan idmançı qadınlar isə bunu, onlara qarşı zorla tətbiq edilən məcburi hicab, ayrı-seçkiliklər, qadın idmançıların keçirdiyi yarışların İran Dövlət Televiziyasından yayılmaması və dünya çempionatlarında idmançıları daima nəzarətdə saxlamaq üçün İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşlarının milli komanda heyətinin üzvləri ilə birlikdə xarici səfərlərə göndərilməsi ilə əlaqələndiriblər.
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed