Şrift:
İtaliyanın Latsio regionunda açıq havada maskadan istifadə məcburi olacaq
21.12.2021 [09:29] - Gündəm, Sağlıq
İtaliyada paytaxt Romanın da yerləşdiyi Latsio regionunda dekabrın 23-dən etibarən açıq havada tibbi maskadan istifadə məcburi olacaq.

Bu barədə Latsio regionunun rəhbəri Nikola Zingarettinin imzaladığı fərmanda deyilir.

Fərmana görə, bu qayda koronavirusa yoluxma hallarındakı artım tendensiyasının, eləcə də “omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib və bir ay müddətində qüvvədə olacaq.

Həmçinin dövlət və özəl tibb müəssisələrində fəaliyyət göstərən işçilər 10 gündən bir COVID-19 testindən keçəcəklər.
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed