Şrift:
Cari ilin 11 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 25,1 faiz artıb
21.12.2021 [09:35] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar –noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 12 822,2 milyon ABŞ dolları təşkil edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, Gürcüstanın xarici ticarətində ixracın həcmi 3 822,9 milyon dollar, idxalın həcmi isə 8 999,3 milyon dollar təşkil edib.

Gürcüstanın xarici ticarətində 5 176,4 milyon dollar həcmində mənfi saldo yaranıb.

Hesabat dövründə Gürcüstanın xarici ticarətində ən böyük idxal tərəfdaşları sırasında Türkiyə 1 605,1 milyon dollarla birinci, Rusiya 926,2 milyon dollarla ikinci, Çin 790,4 milyon dollarla üçüncü yerdədir.

Azərbaycan siyahıda dördüncü yerdədir. Gürcüstanın hesabat dövründə Azərbaycandan 509 000, 7 milyon dollar dəyərində mal idxal edib.

Gürcüstanın ixrac tərəfdaşları sırasında isə ilk üçlükdə Çin (569,1 milyon dolları), Rusiya (549,1 milyon dolları) və Azərbaycandır (488,3 milyon dollar) yer alıblar.
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed