Şrift:
Malayziyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb
21.12.2021 [09:38] - Gündəm, Hadisə
Malayziyanın qərbində güclü daşqınlar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, təqribən 67 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə dekabrın 21-də BERNAMA Milli İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, ən çox ölənlər və dağıntılar Selanqor və Pahanq ştatlarında qeydə alınıb. Baş nazir İsmail Sabri Yakob daşqınlar nəticəsində zərər çəkmiş ştatlarda infrastrukturun və yaşayış fondunun bərpası üçün 100 milyon rinqit (23,6 milyon dollar) vəsait ayrılması barədə göstəriş verib. Baş nazir, həmçinin təbii fəlakətin zərər vurduğu hər bir ailəyə 1000 rinqit (236 dollar) kompensasiya ödənilməsini tapşırıb.

Yerli meteoroloqların bildirdiyinə görə, Malayziyanın qərb rayonlarında ötən həftə baş verən güclü yağışlar son dəfə 100 il bundan əvvəl qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 1456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed