21.12.2021 [09:42] - Gündəm, Hadisə
Filippində “Ray” tufanı nəticəsində həyatını itirənlərin sayı ən azı 375 nəfərə çatıb.
Bu barədə dekabrın 21-də Filippin polisi məlumat yayıb. Daha 56 nəfərin itkin düşdüyü bildirilir. Buna qədər 208 nəfərin öldüyü barədə məlumat yayılmışdı.
Məlumatda daha 500 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Əlaqədar qurumların bildirdiyinə görə təbii fəlakət nəticəsində 3800-dən artıq ev xəsarət alıb. Tufanın keçdiyi 200-dək bələdiyyədə elektrik enerjisinin verilişi kəsilib. Bəzi rayonlarla rabitənin kəsilməsi həmin yerlərdə axtarış-xilasetmə işlərini çətinləşdirir. Təqribən 100 min sakinin təxliyə edildiyi bildirilir.
Qeyd edilir ki, Bohol adasında su təmizləyici qurğulara elektrik enerjisinin verilişinin kəsilməsi içməli su çatışmazlığına səbəb olub.
Filippin hökuməti zərərçəkmiş əyalətləri yardımı artırmağa çalışır.
Əlavə olaraq bildirək ki, cari fəsildə sayca 22-ci olan “Ray” tufanı Sakit okeanın qərb hissəsində əmələ gəlib. Tufan başlayanadək Filippinin Şərqi Visayi regionunun hökumət orqanları 82 mindən çox insanı təxliyə edib. Həmin sakinlər Cənubi Leyte, Leyte, Samar, Şərqi Samar, Şimal Samar və Biliran əyalətlərindəki 274 təxliyə mərkəzinə yerləşdiriliblər.

Bu xəbər oxucular tərəfindən 1463 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |