22.12.2021 [10:26] - Gündəm, Sağlıq
Monteneqroda COVID-19 epidemiyası ilə bağlı qaydalar dekabrın 22-dən etibarən yumşaldılacaq.
Həmin tarixdən etibarən vaksinasiya sertifikatının təqdim edilməsi şərti ilə qapalı məkanlarda toy və şənliklərin keçirilməsi mümkün olacaq. Eyni zamanda, xidmət sektoru üzrə müəssisələr Yeni il və Milad bayramlarında gecə yarısından sonra işləyə biləcəklər.
Səhiyyə naziri Yelena Boroviniç Boyoviç Monteneqroda digər Avropa ölkələri ilə müqayisədə koronavirusa yoluxma və ölüm hallarının əhəmiyyətli dərəcədə azaldığını deyib. Nazir bildirib ki, ciddi nəzarətlə dekabrın 22-dən yanvarın 12-dək olan müddətdə qaydaların yumşaldılmasına qərar verilib.
O, həmçinin qeyd edib ki, koronavirusun “omikron” ştamı Monteneqroda da aşkarlanıb.

Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |