Şrift:
Son 9 ildə yarım milyonadək insan Bosniya və Herseqovinanı tərk edib
22.12.2021 [10:48] - Gündəm, İqtisadiyyat
Bosniya və Herseqovinada qeyri-sabitlik, işsizlik və iqtisadi vəziyyətlə əlaqədar ötən 9 il ərzində yarım milyonadək insan başqa ölkələrə gedib.

Bu barədə Bosniya və Herseqovinanın Davamlı Qayıdış və İnteqrasiya Təşkilatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təkcə bu il ölkəni tərk edənlərin sayının 170 min civarında olacağı gözlənilir. Son 9 ildə başqa ölkələrə gedənlərin sayı isə ümumilikdə 484 min nəfər olub.

Ekspertlər son iki ildə müşahidə olunan yüksək rəqəmlərin xüsusi narahatlıq doğurduğunu bildiriblər.
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed