Şrift:
Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 745 mindən çox olub
22.12.2021 [10:52] - Gündəm, Sağlıq
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 745 mindən çox olub.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 745 min 639 nəfər yeni koronavirusa yoluxub, 7 min 114 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 276 milyon 568 min 275, ölənlər isə 5 milyon 384 min 620 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (181 min 264 nəfər) və bu xəstəlikdən ölüm faktı (1811 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (52,2 milyon), Hindistan (34,7 milyon), Braziliya (22,2 milyon), Böyük Britaniya (11,5 milyon), Rusiya (10,2 milyon), Türkiyə (9,2 milyon) və Fransada (8,7 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed