22.12.2021 [10:55] - Xəbərlər, Mədəniyyət
Dekabrın 22-də Azərbaycanın görkəmli jurnalisti, tanınmış elm xadimi Nəsir İmanquliyevin anadan olmasının 110 ili tamam olur.
Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan peşəkar redaktor, publisist və pedaqoq Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib.
Görkəmli jurnalistin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Nəsir İmanquliyev 1911-ci il dekabrın 22-də Bakıda anadan olub. 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib, 1934-cü ildə Lassal adına Neft Texnikumuna qəbul olub. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlayıb. Tələbəlik illərindən başlayaraq, “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi olub, həmçinin hərbi hissədə tərcüməçi kimi xidmət edib. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin edilib, bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işiq üzü görüb.
Nəsir İmanquliyev 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətə başlayıb. 1948-1950-ci illərdə universitetin Filologiya fakültəsində təhsilini iki ilə müvəffəqiyyətlə başa vurub. 1947-1998-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olub. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində fəal iştirak edib, bu işə öz əvəzsiz töhfəsini verib. 1958-ci ildə Azərbaycanda yeni tipli “Bakı” və “Baku” (1953) axşam qəzetlərinin baş redaktoru təyin edilib.
Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində işləyib. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.
Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat edib.
2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən ölkəmizdə Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilib.
Nəsir İmanquliyev Azərbaycan milli mətbuatının inkişafı uğrunda yorulmadan qələm çalıb, milli ənənələrə bağlı orijinal bir jurnalistlik məktəbi yaradıb. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb. O, “Radio proqramı”, “Vətənin səsi”, “Bakı” və “Baku” qəzetlərinin ideya rəhbəri-qurucusu, Bakı Dövlət Universitetinin professoru, görkəmli jurnalist, ictimai xadim kimi çoxsahəli fəaliyyətində, xalqa, Vətənə, millətə əsl sədaqət nümunəsi göstərib.

Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |