22.12.2021 [10:59] - Xəbərlər, Bildiriş
Dekabrın 22-də dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına beynəlxalq olimpiadanın riyaziyyat fənni üzrə yarışı keçirilir.
Təhsil Nazirliyindən bildirilib ki, riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt ayrılıb.
Xatırladaq ki, Lütfi Zadənin 100 illiyinə dair tədbirlər planı çərçivəsində nəzərdə tutulan olimpiadanın məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkili nəzərdə tutulub. Dekabrın 23-də informatika fənni üzrə yarış təşkil olunacaq. İnformatika fənni üzrə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək. Dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 4507 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |