Şrift:
Təbrizdə partlayış nəticəsində ölən və yaralananların sayı artıb
22.12.2021 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabrın 21-i axşam saatlarında Təbrizin Abbasi küçəsində baş verən qaz partlayışı nəticəsində çökən beş mərtəbəli yaşayış binasının qalıqları altından ölən və yaralananların çıxarılması səhər saatlarına kimi davam edib.

Son məlumata görə, yerli vaxtla səhər saay 08:00-a kimi dağıntılar altından 15 yaralı, 5 nəfərin isə meiti çıxarılıb.

Təbriz Yanğınsöndürmə İdarəsinin Əməliyyat Bölməsinin rəis müavini Əkbər Dəştinin verdiyi məlumata görə, yaşayış binası qaz sızması nəticəsində baş verən partlayış səbəbindən çöküb.

Yerli sosial media fəallarının axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, ölü və yaralı sayının artacağı ehtimalının yüksək olduğunu yazırlar.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin başçısı Fərzad Rəhmani Təbriz vaxtilə səhər saat 09:20 dəqiqədə mediaya verdiyi açıqlamada axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını deyib.

Onun sözlərinə görə, 15 nəfər yaralanıb, 40, 18, 32 yaşlarında üç kişi, 35 və 85 yaşlarında iki qadın həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 1060 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed