Şrift:
Xarici vətəndaşların Qərbi Azərbaycana girişinə qadağa qoyulur
22.12.2021 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan əyalətinin valisinin siyasət, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Əli Müstəfəvinin dediyinə görə, dekabrın 15-dən bir sıra ölkələrin vətəndaşlarının Qərbi Azərbaycan əyalətinə girişinə qadağa qoyulacaq.

O, bunun koronovirusun yeni ştammı “Omikron”un yayılması ilə bağlı olduğunu, xarici vətəndaşlarla yanaşı xaricdən qayıdan iranlılara da tətbiq ediləcəyini deyib.

“xaricdə olan və ölkəyə qayıtmaq istəyən İran vətəndaşları koronovirusa qarşı iki doz vaksin vurdurmaları barədə sənəd təqdim etməli, test verməli və bundan sonra isə sərhəd keçid məntəqəsində quraşdırılan düşərgədə karantinə alınacaqlar”-deyə, Müstəfəvi bildirib.

Qeyd edək ki. bundan öncə Qərbi Azərbaycan əyalətinin Koronovirusa Nəzarət və İdarəetmə Mərkəzinin başçısı Seyid Cəlil Musəvi əyalətdə iki nəfərin koronovirusun yeni ştammı “Omikron”a yoluxması ilə bağlı məlumat verib.

O, yeni virusa yoluxmaqda şübhəli bilinən şəxslərdə analizlər götürüldüyü və onların dəqiqləşdirilməsi, yoxlanılması üçün tehrana göndərildiklərini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed