Şrift:
Həbsdə olan güneyli milli fəal Əziz Purvəliyə ailəsi ilə görüşə icazə verilmir
27.12.2012 [18:38] - Güney Azərbaycan xəbərləri
Tanınmış Güney azərbaycanlı fəal Əziz Purvəli, təxminən 20 gündür saxlanılmasına baxmayaraq öz ailəsi ilə görüşə bilmir.

Purvəlinin Təbriz zindanındakı saxlanılma vəziyyəti də yaxşı deyil. Ona görə ki, o zindanın karqah bölümündə yaranan davada, başqa bir azərbaycanlı fəala qarşı edilən haqsızlığa etiraz etdiyi üçün, zindanın karantin bölümünə köçürülüb və orda ağır şəraitdə saxlanılır.

Azərbaycanlı fəalın yeni köçürüldüyü bölüm, zindanın ən çətin və ağır şəraitli bölümü sayılır. Burda davamlı olaraq yoluxucu xəstəliklərə rast gəlinir.

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal keçən il iftar mərasimi zamanı Təbrizdə tutuqlanan milli-mədəni fəalların sırasında olub. Onlar aylarca ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təknəfərlik kamerasında həbs edilmişdilər.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed