Şrift:
“Mahmud Rəhimov” universal quru yük gəmisi əsaslı təmir olunub
23.12.2021 [09:49] - Gündəm, İqtisadiyyat
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Mahmud Rəhimov” universal quru yük gəmisi əsaslı təmir olunub.

ASCO-dən bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər vaxtında və uğurla başa çatdırılıb.

Plana uyğun olaraq gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub və yeni avadanlıqlarla, mebellə təchiz edilib.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən yükdaşımalara cəlb olunub. Gəmi artıq ilk səfərinə çıxaraq Türkmənistanın Bektaş limanından Hövsan limanına doğru üzür.

Qeyd edək ki, “Mahmud Rəhimov” gəmisinin uzunluğu 117,5 metr, eni 16,5 metrdir, onun yükgötürmə qabiliyyəti 4100 tondur.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed