23.12.2021 [09:51] - Gündəm, Sosial
Ölkəmizdə vətəndaşlarının rifahının yaxşılaşdırılması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlətmizin başçısının bu günlərdə imzaladığı yeni fərman və sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi. Yeni islahatlar mərhələsi dövlətimizin başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlara əsasən sosial müavinətlərin, təqaüdlərin artırılması da nəzərdə tutulub. Ümumilikdə bu fərman və sərəncamlar 732 min şəxsi, o cümlədən 132 min doktorantı və tələbəni əhatə edəcək. Bu məqsədlə ildə 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
Bunu açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin sərəncamları ilə minimum əməkhaqqının mütəmadi artırılması davamlı xarakter alıb. Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdıracaq. “Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə qalxacaq. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir”, - deyə deputat əlavə edib.
Rauf Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. 2003-cü ildən ötən dövrdə ölkəmizdə minimum əməkhaqqı 10 dəfə, orta aylıq əməkhaqqı 7 dəfə, əhalinin orta nominal gəlirləri 6,9 dəfə, real gəlirləri 7,6 dəfə, pensiyalar isə 9 dəfə artıb. Dövlətimizin başçısı Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən bir ölkə olduğunu qeyd edərək deyib: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Prezident İlham Əliyevin bu sözləri bu gün öz təsdiqini tapmaqdadır. Belə ki, Azərbaycan Respublikasının 2022-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində sosial xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 46,5 faiz olması buna bariz nümunədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən sosial siyasət göstərir ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir.

Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |