23.12.2021 [10:07] - Gündəm, Sağlıq
Böyük Britaniyada pandemiya dövrü ərzində ən yüksək sutkalıq yoluxma sayı qeydə alınıb.
Pandemiya başlanandan bəri Britaniyada dünən yeni yoluxmaların sutkalıq sayında ən yüksək artım – 100 min yoluxma faktı qeydə alınıb, 140 nəfər isə həyatını itirib.
Koronavirusa yoluxanların sayı son 7 gündə əvvəlki həftə ilə müqayisədə 238 min 350 nəfər artıb. Bu, təxminən 59 faiz artım deməkdir.
Baş nazir Boris Conson Miladdan əvvəl ölkədə yeni məhdudiyyətlərin olmayacağını söyləyib.
Bununla belə, Conson Omikron variantının sürətlə yayılması səbəbindən Milad bayramından sonra yeni məhdudiyyətlərin tətbiq oluna biləcəyini istisna etməyib.
Şotlandiya, Uels və Şimali İrlandiyanın muxtar hökumətləri Miladdan sonra COVID-19 tədbirlərini artırmaq qərarına gəliblər.

Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |