Şrift:
GüneyAzərbaycanlı milli fəal Siyamək Mirzayi cərimə ödəməyə məhkum edildi
27.12.2012 [18:50] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəal 5 milyon rial cərimə ödəməyə məhkum edilib.
Qərar Muğanın Parsabad şəhərinin məhkəməsi tərəfindən verilib. Azərbaycanlı fəal sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Tanınmış fəal Siyamək Mirzayi keçən il Urmu Gölü ilə bağlı keçirilən etiraz aksiyaları ilə əlaqədar tutuqlanıb və 4 gün saxlanıldıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.
Mirzayi bundan öncədə mədəni sahədəki fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıb və tutuqlanıb.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed