Şrift:
Güney Azərbaycan milli hərəkat fəalı, Hücctul-İslam Əzimi Qədim bir neçə milli-mədəni fəalla birlikdə həbs olunub
28.12.2012 [09:42] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Marağa şəhərində bir neçə milli-mədəni fəal o cümlədən milli mübariz Hüccətul-İsalm Əbduləziz Əzimi Qədim tutuqlanıb.

Məlumata görə, bu gün 27.12.2012-ci iltarixində saat 17 radələrində Marağanın Müsəllim meydanında çoxsaylı azərbaycanlı fəalların iştirakı ilə etiraz aksiyasi keçirilib. Aksiyaçılar, İranın Ermənistanla siyasi əlaqələri və Şərqi Azərbaycan valiliyinin rəsmi məqamlarının işğalçı ölkəyə səfər etmələrinə etiraz ediblər.

Dinc aksiya keçirən etirazçılar, təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb və onlardan bir neçəsi tutuqlanıb.

Hələlik hadisə ilə bağlı geniş məlumat yoxdur. Yeni xəbər əldə olununca oxucuların diqqətinə çatdırılacaq.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed