Şrift:
Azərbaycanlı fəal Həsən Ərk Təbriz zindanından ETTELAAT təcridxanasına aparılıb
28.12.2012 [09:50] - Güney Azərbaycan xəbərləri
Tanınmış azərbaycanlı fəal Həsən Ərk Təbriz zindanından naməlum bir yerə intiqal edilib.


Həsən Ərkə şərti azadlığa buraxılacağı elan edilsə də, o, dekabrın 25-də Təbriz zindanının karqah bölümündən naməlum yerə köçürülüb.


Məlumata görə, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları zindana gələrək azərbaycanlı fəalı özləri ilə aparıblar.


Qeyd edək ki, əldə olunan məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəalın cismi durumu da yaxşı deyil.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed