Şrift:
İran Ermənistana bəzi məhsulların ixracına qoyulmuş qadağanı götürüb
28.12.2012 [10:04] - Gündəm, Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İran Ermənistana bəzi məhsulların ixracına qoyulmuş qadağanı götürüb. “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balyan deyib. O bildirib ki, bu qərar Ermənistanla İran rəsmiləri arasında aparılan müzakirələrdən sonra alınıb.

Qeyd edək ki, İran 2012-ci ilin noyabr ayında yerli istehsalçıları dəstəkləmək məqsədilə Ermənistana 52 adda məhsulun ixracını dayandırmışdı. İxracına qadağa qoyulmuş məhsulların arasında buğda, canlı mal-qara və ət məhsulları da var idi.
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed