Şrift:
Koronavirus insan orqanizmində yeddi ay qala bilər
27.12.2021 [10:15] - Gündəm, Sağlıq
Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürəyə və beyinə daxil olur və orada yeddi aydan çox qala bilir.

Bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmalarının nəticələrində bildirilir.

Məlumata əsasən, mütəxəssislər COVID-19-dan ölən 44 şəxsin cəsədindən nümunələri təhlil ediblər və "simptomların özünü göstərməyə başlayandan 230 günə qədər beynin bütün bölgələri də daxil olmaqla bir çox anatomik yerlərdə davamlı SARS-CoV-2 RNT" tapıblar.

Alimlərin fikrinə görər, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül simptomları olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed