Şrift:
Aşıq Ələsgərin 200 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunub
27.12.2021 [10:18] - Xəbərlər, Mədəniyyət
Ağstafa Regional Mədəniyyət İdarəsinin (RMİ) Qazax Dövlət Rəsm Qalereyası və 1 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Saz sənəti daim yaşayır” başlığı altında tədbir keçirilib.

Tədbirdə qalereyanın dərnək üzvlərinin rəsmləri sərgilənib. Uşaq musiqi məktəbi saz sinfinin şagirdləri Aşıq Ələsgərin sözlərinə yazılmış musiqiləri səsləndiriblər.

Biləsuvar RMİ-nin əhatə etdiyi Neftçala Dövlət Rəsm Qalereyası Aşıq Ələsgərin 200 illiyi münasibətilə sərgi təşkil edib.

Sumqayıt RMİ Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Qüdrətli söz sərrafı” adlı ədəbi-bədii gecə keçirib. Tədbirdə Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları, Əməkdar artistlər İzaməddin Bağırov və İlahə Səfərovanın ifasında “Anaxanımın küsməyi” dastan-rəvayəti əsasında səhnəcik təqdim olunub. Aşıq Ələsgərin və həyat yoldaşı Anaxanımın obrazlarının canlandırıldığı səhnəcik və teatrın gənc rejissoru Ümid Abbasın rəhbərlik etdiyi “Dərviş” qrupunun çıxışları tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Ağcabədi RMİ Ağdam rayon MKS-nin 29 saylı II Quzanlı kənd kitabxanası tərəfindən keçirilən tədbirdə saz-söz ustadının qoşma və deyişmələri Hafiz Əsgərov adına Quzanlı tam orta məktəbinin şagirdləri və kitabxananın oxucuları tərəfindən səsləndirilib.
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed