Şrift:
Yapon dənizi boyunca yağan güclü qar Yaponiyanın geniş ərazilərində fəsadlar törədib
27.12.2021 [10:19] - Gündəm, Bildiriş
Soyuq hava kütlələrinin gətirdiyi güclü qar Yapon dənizi sahillərində geniş ərazilərdə fəsadlar törədib.

Yaponiya meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Yaponiyada belə güclü və davamlı soyuq hava axınları son illər qeydə alınmayıb. Xüsusən Hönşü adasının qərb sahillərinə güclü yağıntı düşdüyü bildirilir. Belə ki, Hyoqo prefekturasının Asaqo şəhərində dekabrın 27-də səhər saatlarında 71 santimetr qalınlığında qar yağması qeydə alınıb. Şiqa prefekturasının Hikone şəhərinə isə 68 santimetr qar düşdüyü bildirilir. Hər iki göstəricinin belə statistikanın aparılmasına başladıqdan sonra ən yüksək rəqəmlər olduğu qeyd edilir. Nəticədə yollarda tıxaclar əmələ gəlib, aviaşirkətlərin yüzədək yerli reysi təxirə saldığı bildirilir. Güclü yağıntının qar uçqunları yarada biləcəyi də istisna olunmur. Həmçinin elektrik xətlərini üzərində toplanan çoxlu qar səbəbindən enerjinin verilişində fasilələr yarana biləcəyi də gözlənilir.

Meteoroloqlar qar buludlarının şərq istiqamətində hərəkət edərək, Hokuriku, Tohoku və Hokkaydo rayonlarına çatacağı barədə xəbərdarlıq edirlər.

Qarşıdakı 24 saat ərzində Niiqata prefekturasında 90, Kansay regionunda və Qifu prefekturasında 80 santimetr qar yağacağı proqnozlaşıdırılır.
Bu xəbər oxucular tərəfindən 4689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed