Şrift:
Milli fəala təzyiq göstərilir: Onun girov qarşılığında azadlığa çıxmasına icazə verilmir
27.12.2021 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qanunsuz olaraq onun girov qarşılığında sərbəst buraxılmasına icazə vermirlər.

Ailəsi dekabrın 25-də bununla əlaqədar Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinin istintaq idarəsinin 3-cü bölməsinə müraciət edib.

Onlar Əfşar Muhibin muvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılması üçün istənilən 50 milyon tümənlik girov qoymaq istəyiblər.

Sözügedən bölmənin başçısı Hatif Qasimzadə onlara qarşı kobud davaranaraq girovu qəbul etməkdən imtina edib, onları təhqir edərək geri qaytarıb.

Ərdəbilli milli-mədəni fəal Əfşar Muhib dekabrın 22-i günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.

O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib.

Milli fəal Ərdəbil zindanının karantin bölməsinə qəbul edildiyini və barəsində 50 milyon tümənlik girov qərarı çıxarıldığını qeyd edib.

Əfşar Muhib qısa telefon danışığı zamanı həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu qeyd edib.

Muhib bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və ETTELAAT təcridxanasına aparılaraq dindirilib.

Onun saxlanılma və dindirilməsi barədə məhkəmə hökmü tələb etməsinə, qanunsuz saxlanılmasına etiraz etməsinə baxmayaraq, saxlanılma səbəbi və barədə heç bir məlumat ala bilməmiş və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed