Şrift:
COVID-19: Fransada sanitar vəziyyətlə bağlı yeni qaydalar müəyyən edilib
28.12.2021 [10:10] - Gündəm, Sağlıq
Fransada sanitar vəziyyətlə bağlı Sanitar Müdafiə Şurasının iclası keçirilib və sanitar vəziyyətlə bağlı yeni qaydalar müəyyən edilib.

Baş nazir Jan Kasteks və səhiyyə naziri Olivye Veran Sanitar Müdafiə Şurasının iclasından sonra mətbuat konfransında ölkədə tətbiq olunacaq yeni qaydalar haqqında məlumat veriblər.

Bildiriblər ki, koronavirusun yeni Omikron ştammı ilə əlaqədar ölkədə gündəlik yoluxma 100 mini keçib və bu narahtlıq doğurur. Baş nazir peyvəndin əsas element olaraq qaldığını vurğulayıb. Xəstəxanalarda virus xəstələrinin böyük əksəriyyətinin peyvənd vurulmamış insanlar olduğunu qeyd edib. İkinci doza və ”buster” dozası arasındakı müddət 3 ay müəyyən edilib. Saxta sanitar sənədlərə görə sanksiyaların artılacağı bildirilib. Böyük tədbirlər üçün bağlı məkanda 2 min insan, açıq havada 5 min insanın toplaşmasına icazə verilib.

Tədris müəssisələrində dərslərin yanvarın 3-da başlaması təxirə salınmayıb. Distant tədris olmayacaq. Yanvarın 3-dən etibarən ölkədə mümkün olan bütün sahələrdə həftənin ən azı 3-4 günü məcburi distant iş olacaq. Həmin tarixdən etibarən kafe və barlarda ayaq üstə yemək və içmək qadağan ediləcək. Şəhər mərkəzlərində küçələrdə maska geyinmək məcburi olacaq.

Səhiyyə naziri bildirib ki, ölkədə “buster” dozasına çağırış sürətləndirilib. “Buster” dozası üçün müddət 3 ay müəyyən edilib. Hətta 4-cü dozanın mümkünlüyü eşitdirilib. Virusa yoluxan insanlarla təmasda olanların karantinə riayət etməsi müddəti ilə bağlı yeni qaydalar bu həftənin sonuna qədər müəyyən ediləcək.

Ölkədə vəziyyətin gərgin olduğu və yanvar ayının əvvəlində gündəlik yoluxmanın 250 minə çatacağı ehtimal olunur.

Yanvarın 5-də Sanitar Müdafiə Şurası yenidən toplaşacaq.
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed