Şrift:
Ərdəbildə milli fəala dəstək aksiyası keçirilib
28.12.2021 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabrın 27-də ərdəbilli milli fəallar məhbus azərbaycanlı fəal Əfşar Muhibbə dəstək məqsədilə onun fotoları əks olunan afişaları şəhərin müxtəlif yerlərində yayıb, divarlara yapışdırıb və təhlükəsizlik, məhkəmə sisteminin ona qarşı təzyiqlərinə etiraz ediblər.

Afişalarda “Azərbaycanın milli-mədəni fəallarına azadlıq” məzmunlu şüarlar yazan fəallar həbsdə olan azərbaycanlı fəalların azadlığını tələb ediblər.

İranın təhlükəsizlik və məhkəmə əməkdaşları ərdəbilli milli-mədəni fəal Əfşar Muhibə qarşı təzyiq göstərir.

Dekabrın 22-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan Əfşar Muhibb, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib.

iləsi dekabrın 25-də bununla əlaqədar Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinin istintaq idarəsinin 3-cü bölməsinə müraciət edib.

Onlar Əfşar Muhibin muvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılması üçün istənilən 50 milyon tümənlik girov qoymaq istəyiblər.

Sözügedən bölmənin başçısı Hatif Qasimzadə onlara qarşı kobud davaranaraq girovu qəbul etməkdən imtina edib, onları təhqir edərək geri qaytarıb.
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed