Şrift:
Gələn il Bakının ev sahibliyi edəcəyi 5-ci Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib
28.12.2021 [10:39] - Xəbərlər, İdman
Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Dünya Etnosport Konfederasiyası (DEK) nümayəndələri ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən bildiriblər ki, nümayəndə heyəti üzvlərini - təşkilatın baş katibi Halim Aksu, korporativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksunu salamlayan nazir qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə əsasən, 2022-ci ildə Bakının ev sahibliyi edəcəyi 5-ci Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Halim Aksu Azərbaycanın Dünya Etnosport Forumunu da digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, pandemiya səbəbindən təxirə salınmış forum gələn il keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed