28.12.2012 [11:00] - Gündəm, Sosial
Şaxta baba: “Uşaqları sevindirməkdən gözəl nə ola bilər”
Qar qız: “Biz nə cür soyuqlar görmüşük”
Şaxta baba, Şaxta can,
Hardasan bu vaxtacan?
Yeni ildə uşaqların dilindən düşməyən bu şeir parçası hətta böyüklərin də yaddaşında həkk olunub. Axı hər birimiz uşaqlıqda yolka bəzəmişik, Şaxta babanı gözləmişik, özümüz məktəb karnavallarında bu obrazın özünü, ya da Qar qızı canlandırmışıq. Hər iki mifik qəhrəman az qala bütün dünyanın sevimlisinə çevrilib.
Yeni ili Şaxta baba, Qar qız və yolkasız təsəvvür etmək mümkün deyil. Paytaxtın ticarət mərkəzlərində, univermaqlarında, mərkəzi küçələrində oyuncaqlarla, işıqlarla bəzədilmiş yolkalar görmək olar.
Məlum olduğu kimi, Şaxta baba bu işin öhdəsindən gəlmək üçün əvvəlcə ərazinin aid olduğu icra strukturundan lisenziya almalıdır. Əldə etdiyimiz məlumata görə, "Park Bulvar"da Şaxta baba və Qar qız olmaq istəyənlər qabiliyyət imtahanları verməli olur. Burada Şaxta babanın lisenziyasının qiyməti 60 manatdır. Şaxta babanın kostyumunun qiyməti isə 45-100 manat arasındadır. Bir sözlə, Şaxta baba olmaq üçün ən azı orta hesabla 110-150 manat lazımdır.
Gərgin iş günündən sonra yolüstü Bakı bulvarına üz tutdum. Bulvarda bəzədilmiş yolkanın ətrafında gəzişən Şaxta baba və Qar qızı gördüm. Mənzərənin gözəlliyi və ətrafda olan insanların Şaxta babaya olan diqqəti gözümdən yayınmadı. Və dərhal reportaj hazırlamaq qərarına gəldim. Şaxta baba uşaqların ona yaxınlaşdığını görən kimi, başlayır "He hey, mənim nəvələrim" deyərək balacaların diqqətini özünə cəlb edir. Şaxta baba və Qar qızla apardığımız söhbətlər zamanı məlum oldu ki, onları bu peşəyə cəlb edən həm əyləncə, həm də puldur.
Şaxta baba obrazını canlandıran Etibar adlı gənc bu libası əyninə birinci dəfə geyindiyini bildirdi. Ayrı sahədə işləsə də, müəyyən müddət Şaxta baba olmaq istədiyini, uşaqlarla ünsiyyətdən həzz aldığını dedi: "Əsas məqsədim uşaqları əyləndirməkdir, bunun üçün çox çalışıram, uşaqlar şəkil çəkdirməkdən daha çox mənimlə ünsiyyətdə olmaq istəyir. Balacalarla yanaşı, böyüklərin də şəkil çəkdirməyə marağı var. Bəzi uşaqlar olur ki, çox balaca olduqlarından məni görən kimi qorxur, ağlayır. Dəcəl uşaqlar isə saqqalımı, papağımı dartır. Valideynlər uşaqlarını sevindirmək üçün onlara aldıqları hədiyyələri bizim verməyimizi istəyir, uşaqlar buna daha çox sevinir. Gündəlik 15-ə yaxın şəkil çəkdirirlər, şəkillərin qiyməti 1-2 manat arasındadır, gündəlik 20-30 manata yaxın qazancımız olur".
Yeni ili Şaxta babasız təsəvvür etmədiyimiz kimi, Şaxta babanı da Qar qızsız təsəvvür etmək mümkün deyil. Söhbətləşdiyimiz Qar qızımız Şaxta babadan fərqli olaraq artıq bir neçə ildir ki, fəaliyyət göstərir. O da Şaxta baba kimi uşaqları çox sevdiyini, həm də işindən zövq aldığını bildirdi. Aynur adlı Qar qız deyir ki, uşaqların psixologiyasına yaxşı bələddir: "Onlarla ünsiyyət qurmaq həmişə asan olmur, uşaqlara özünü sevdirmək lazımdır".
Qar qız soyuq havaya artıq öyrəncəli olduğunu dedi: "Bundan da soyuq hava görmüşük. Şaxta baba, Qar qız soyuqdan, şaxtadan qorxursa, onlar işləyə bilməz".
Daha bir maraqlı yolka isə Qız qalasının qarşısında yer alıb. Bu yolka digərlərindən tamamilə fərqlənir. Ona görə ki, yolkanın ətrafı daxil olmaqla, özü də milli xalçalarımızla təsvir olunub. Amma burada nə Qar qız, nə də Şaxta baba vardı.
Sahil” metro stansiyası tərəfdə olan yolkanın ətrafı digərlərindən daha izdihamlı görünürdü. Burada iki baba və bir qız fəaliyyət göstərir. Yolkanın bəzədilməsi də digərlərindən fərqlənir. Yəni hiss olunur ki bu yolkaya daha çox xərc çəkilib. Buradakı Şaxta baba da üç gündür burada olmasına baxmayaraq, əmək haqqı almadığını dedi. O da güman etdi ki, ola bilsin, bayramdan sonra versinlər. Burada şəkil çəkdirmək üçün 2-3 manat verməlisən. Şəkilin qiyməti onun ölçüsünə görə dəyişir.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov mətbuata açıqlamasında bildirib ki, hər yolka quraşdırılan yerə lisenziya verilmir: "İndi şəhərin çox yerində saysız-hesabsız belə atributlar qurulub. Bu yolkaları yerli icra hakimiyyəti orqanları və bələdiyyələr quraşdırır".
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 1287 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |