Şrift:
İsrail səfirliyi Ağdam, Bərdə və Tərtərdə uşaqlara Yeni il hədiyyələri paylayıb
29.12.2021 [09:37] - Xəbərlər, Sosial
İsrailin Azərbaycandakı səfirliyi Ağdam, Bərdə, Tərtər rayonlarındakı uşaqlara Yeni il hədiyyələri verib.

Bu barədə səfirlik tviter hesabında məlumat paylaşıb: “Yeni ili qeyd etmək üçün səfirlik və “Lu-Mun” şirkəti bayram sovqatlarını Ağdam, Bərdə və Tərtər uşaqları ilə paylaşmaq qərarına gəlib. Biz onlara Santa Klaus vasitəsilə kitablar, isti geyimlər, məktəb ləvazimatı, oyuncaqlar və sair hədiyyələr göndərdik. Bu uşaqlar ötən il müharibə zamanı çətin dövr yaşayıblar. Biz səfirlik olaraq “Lu-Mun”dakı tərəfdaşlarımızla birgə onlara layiq olduqları dinc, ləyaqətli, şən həyata nail olmaqda kömək olmaq istərdik. Yeni 2022-ci iliniz mübarək olsun!”
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed