29.12.2021 [09:41] - Gündəm, İdman
Varşavada blits və rapid üzrə dünya çempionatının rapid yarışları başa çatıb.
Kişilər arasında yarışda 13 turdan 9 xal toplayan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. Xəzər Babazadə, Məhəmməd Muradlı, Rauf Məmmədov 6,5, Aydın Süleymanlı, Vasif Durarbəyli 6 xal toplayıblar.
Qadınlar arasında keçirilən turnirdə isə təmsilçilərimizdən ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. On bir turdan 7,5 xal toplayan şahmatçımız bu nəticə ilə 12-ci yerdə qərarlaşıb. Digər təmsilçilərimiz Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla 44-59-cu yerləri bölüşüblər.
Rapid üzrə kişilər arasında Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk (9 xal) dünya çempionatının qalibi adını qazanıblar.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |