29.12.2021 [09:47] - Xəbərlər, Sosial
Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram mərasimi keçirib.
AKDC-dən verilən məlumata görə, Şimali Kiprin rəhbəri Ersin Tatar, Girnə Amerikan Universitetinin İdarə Heyətinin sədri Sərhat Akpınar və digər nüfuzlu şəxslərin qatıldıqları mərasimdə yerli ictimaiyyətin görkəmli nümayəndələri, ziyalılar, elm və mədəniyyət xadimləri, bölgədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Çıxışında 1989-cu ildə Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərə diqqət çəkən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib ki, keçmiş SSRİ-nin süqutu illərində Azərbaycanda başlanan milli azadlıq hərəkatının rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə rəsmən bayram elan olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad siyasi iradəsi və birbaşa rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Zəfər bu birliyi daha da möhkəmləndirib, bütün dünyada milli qürurumuzu zirvələrə qaldırıb.
Şimali Kiprin rəhbəri Ersin Tatar, bölgədə yaşayan soydaşımız professor Fəxrəddin Məmmədov və tanınmış bəstəkar Cavanşir Quliyev bayram təbriklərini çatdırıb, xalqımızın birlik və bərabərliyindən bəhs ediblər.
Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək ona ən xoş arzularını çatdıran Şimali Kiprin rəhbəri Ersin Tatar deyib: “Kiprli türklər çox ağrı-acılar çəkiblər. Bu çətin günlərdə hər zaman ana vətən Türkiyə yanımızda olub. Azərbaycanlı qardaşlarımızın bizə ürəkdən bağlı olduğuna da əminik”.
Daha sonra tədbir musiqili proqramla davam edib. Musiqili proqram Budapeştdəki türk icmasının nümayəndələrinin milli musiqi alətlərində ifası ilə davam edib.
Bayram tədbiri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilib.

Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |