29.12.2021 [09:49] - Gündəm, Mədəniyyət
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Xalq şairi Camal Kamalla evində görüşüb, şairə "Nizami Gəncəvinin 880 illiyi” xatırə nişanını təqdim edib.
Camal Kamal böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə etdiyinə görə Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən bu mükafata layiq görülüb.
Camal Kamal həmçinin AMM-nin ilin yekunları ilə bağlı keçirdiyi “İlin ən gözəl tərcümə əsəri” və “İlin ən yaxşı ədəbiyyat layihəsi” nominasiyaları üzrə xüsusi diploma və pul mükafatına layiq görülüb. Samir Abbasov diplomu və pul mükafatını şairə təqdim edib.
Bu il noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Bakıda Azərbaycanın və Özbəkistanın nizamişünas alimlərinin, tərcüməçilərinin iştirakı ilə “Xəmsə”nin təqdimatı keçirilib. Xatırladırıq ki, Özbəkistanda da “Xəmsə”nin təqdimat mərasimi baş tutub.
85 yaşlı Camal Kamal Azərbaycan dövlətinin bu qayğı və diqqətini yüksək qiymətləndirib. Şair dahi Nizami Gəncəvi yaradıcılığının türk dünyasının zirvəsi olduğunu qeyd edib, Şeyx Nizaminin əsərlərinin tərcüməsini həyata keçirdiyi üçün özünü xoşbəxt sandığını bildirib. O, Azərbaycan xalqının istedadlı xalq olduğunu, dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqa dühaları bəxş etdiyini bildirib, Azərbaycanı Qarabağda tarixi qələbə münasibətilə təbrik edib.

Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |