28.12.2012 [11:19] - Güney Azərbaycan xəbərləri
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi avqustun 11-də zəlzələ baş vermiş Şərqi Azərbaycan vilayətindəki vəziyyəti tam tərsinə göstərməyə çalışıb.
Kətbuat katibi səfirliyin saytına açıqlamasında zəlzələdən zərərçəkmiş bölgələrin yenidən qurulması prosesinin gecə-gündüz və dayanmadan davam etdirildiyini bildirib. Ayətullahi zəlzələ bölgəsinə yardımların çatdırılma səviyyəsini də yüksək qiymətləndirərək əlavə edib ki, müvafiq qurumların açıqladıqları hesabatların dəyərləndirilməsi zamanı çadırların qurulması, fövqəladə vəziyyətdə məskunlaşdırma, ərzaq və qida maddələrinin çatdırılması və isidici avadanlıqların (təchizat) göndərilməsi kimi köməkliklər misilsiz hesab edilib: “Zəlzələdən zərərçəkənlərə köməklik göstərilməsi və onların məskunlaşdırılma səviyyəsi bu bölgədə çox dəqiq və nizamlı proqramın yerinə yetirildiyinin göstəricisidir”.
Səfirlik rəsmisi hazırda əsas məsələlərdən birinin zəlzələ bölgəsindəki mədəni və sosial vəziyyətin nəzərdən keçirilməsi olduğunu vurğulayıb: “İnsanların təhlükəsizliyinin qorunması, zərərçəkmiş insanların psixi (rəvani) durumunun yaxşılaşdırılması, uşaqların himayə edilməsi, səhiyyə məsələlərinə diqqət ayrılması və zərərçəkənlərin təxirəsalınmaz surətdə yaşayış yeri ilə təmin edilməsi sözügedən məsələlərdəndir. Ali dini rəhbər də bölgəyə baş çəkərək bu məsələlərin həlli istiqamətində hakimiyyət orqanları tərəfindən atılan addımları yüksək dəyərləndirib. Son bir neçə ay ərzində 102 min 152 nəfər 25 min 538 çadırda məskunlaşdırılıb və 66 min 385 növ yaşayış ləvazimatı uyğun şəkildə paylanıb. Eləcə də 63 min qida və 350 min 436 tibbi ləvazimat bağlısı da zəlzələdən zərərçəkmiş insanlar arasında paylanıb”.
Diplomat zərərçəkmiş əhaliyə səhiyyə və müalicə xidmətlərinin göstərilməsinin sürətləndirilməsi istiqamətində Qızıl Aypara Cəmiyyəti tərəfindən ixtisaslaşdırılmış 11 komitənin fəaliyyət göstərdiyini bildirib: “Bu günə kimi Qızıl Aypara Cəmiyyətinə aid helikopterlər vasitəsilə ucqar kəndlərə 31 ton qida və ərzaq məhsulları çatdırılıb və 747 nəfər xilasedici qüvvə və həkim bu bölgələrə göndərilib”.
Ayətullahi insanların zəlzələ bölgəsində aparılan bərpa işlərinin gedişini yüksək dəyərləndirərək, bu prosesin keyfiyyətindən razı qaldıqlarını da qeyd edib: “Əminliklə demək olar ki, zəlzələdən zərərçəkmiş insanlara köməklik göstərilməsi və bərpa işlərinin tez bir zamanda aparılması özü rekord göstərici sayıla bilər”. O, həmçinin zəlzələdən zərərçəkmiş əhalinin ağrı-acısını paylaşdığına görə Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirib: “İran hakimiyyəti zəlzələdən zərərçəkmiş əhaliyə köməklik göstərilməsi məsələsinə çox ciddi yanaşır və ali dini rəhbərin bölgəyə səfəri, eləcə də İran prezidentinin iki dəfə həmin bölgəyə baş çəkməsi məsələyə necə əhəmiyyət verildiyinin göstəricisidir”.
Qeyd edək ki, İranlı diplomatın dedikləri nəqədər xoşagələn olsada, təəssüflə Zəlzələ bölgəsində vəziyyət onun tərsinədir. Qaradağda baş verən zəlzələyə münasibət ilk başdan ayri-seçkilik əsasında qurulub. İran mətbuatı zəlzələ baş verdiyi zaman, iki gün onun barəsində heç bir xəbər yaymadı və İran telekanalları adi rejimdə işlədi və hətta əyləncəli proqramlarında belə dəyişiklik etmədi. Diplomat hazırda zəlzələ bölgəsində əsas problemin mənəvi və mədəni məsələlərlə bağlı olduğunu vurğulayıb. Halbu ki, Zəlzələ bölgəsində hələdə əhalinin böyük əksəriyyəti çadırlarda yerləşdirilib və bu soyuq havalarda onlardan bir neçəsi donaraq həlak olub. Bu barədə keçmiş xəbərlərimizdə çoxlu xəbər və VİDEOlar yaymışıq. Yaydığımız VİDEOlar iranlı diplomatın açıqlaması kimi cəfəngiyyat deyil. Onlar zəlzələ bölgəsindən çəkilmiş görüntülər və bölgə əhalisinin vəziyyətini onların öz dilindən əks etdirməkdədir.

Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |