Şrift:
Özbəkistan-Azərbaycan mədəni əlaqələrinə dair dəyirmi masa keçirilib
29.12.2021 [09:53] - Xəbərlər, Mədəniyyət
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Acıniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutundakı (NDPİ) Hüseyn Cavid adına Azərbaycan Ədəbiyyatı Mərkəzində Özbəkistan-Azərbaycan mədəni əlaqələrinə dair dəyirmi masa keçirilib.

Görüşdə Azərbaycanın ali məktəbləri ilə NDPİ arasında elmi-praktik konfransların, yaradıcılıq görüşlərinin və digər tədbirlərin keçirilməsi məsələləri müzakirə edilib.

Görüşdə Azərbaycan, özbək, qaraqalpaq xalqları arasında mədəni əlaqələrin, dostluq bağlarının daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, Qaraqalpaqstan gənclərinin Azərbaycanın ali məktəblərində təhsil alması, türk dünyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

AMM-nin direktoru Samir Abbasov tədbirə onlayn qoşulub, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb, suallara cavab verib.

Müzakirələrdə “Qaraqalpaq ədəbiyyatı antologiyası”nın Azərbaycan dilinə tərcüməsi, Hüseyn Cavidin dram əsərlərinin Nukus Dövlət Dram Teatrında səhnələşdirilməsi, xalqlarımızın tanınmış şəxsiyyətlərinin yubileylərinə dair dostluq konsertlərinin, yaradıcılıq gecələrinin təşkili, təhsil sahəsində mübadilə proqramlarının həyata keçirilməsi və s. məsələlər müzakirə olunub, bu istiqamətdə müvafiq tədbirlər planının hazırlanması razılaşdırılıb.

Tanınmış tarixçi alim Şuxrat Barlas, NDPİ Hüseyn Cavid adına Azərbaycan Ədəbiyyatı Mərkəzinin direktoru Feruza Salamova Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı olaraq mədəniyyət, ədəbiyyat günləri, təhsil sərgilərinin keçirilməsi, Azərbaycan təcrübəsinin öyrənilməsi və s. məsələlərə dair təkliflərini səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 1149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed