30.12.2021 [10:03] - Gündəm, İdman
Dekabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi ilə görüşüb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən bildiriblər ki, nazir ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən də reqbinin inkişafının vacibliyini vurğulayıb. O, qeyd edib ki, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da, ölkəmizdə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac var.
Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov qurumun fəaliyyəti və qarşıdakı planları barədə məlumat verib. Bildirib ki, federasiya bu idman növünün təkcə paytaxtda deyil, bölgələrdə də inkişafına çalışır.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, idman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 1393 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |