30.12.2021 [10:10] - Gündəm, İqtisadiyyat
Astara Suvarma Sistemləri İdarəsi 2021-ci ili uğurlu nəticələrlə başa vurur. İdarənin əməkdaşları rayonda suvarma sistemlərinin mühafizəsini, suvarma şəbəkələrinin, hidrotexniki qurğuların cari və əsaslı təmirini həyata keçirməklə, suvarma suyunun fermerlərə və məhsul istehsalçılarına vaxtında və itkisiz verilməsində, əkin sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasında müəyyən işlər görüblər.
Bu barədə Astara Suvarma Sistemləri İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin əvvəlindən başlayaraq həm təsərrüfatdaxili, həm də təsərrüfatlararası kanallarda lildən təmizləmə işləri davam etdirilir.
Ərçivan kəndi ərazisində 34 min 500, Təngərüd kəndi ərazisində 19 min, Şiyəkəran kəndi ərazisində 16 min 500, Balaca Şahağac kəndi ərazisində 22 min, Şahağacı kəndi ərazisində 26 min 500, Kakalos kəndi ərazisində 29 min, Artupa və Səncərədi kəndlərinin ərazisində 18 min 600 , Maşxan kəndi ərazisində 7 min, Pensər kəndi ərazisində 4 min 500, Rüdəkənar və Suparıbağ kənlərinin ərazisində 9 min 400, ümumilikdə isə 187 min poqonometr kanal lil və palçıqdan təmizlənib.
Qeyd olunub ki, rayonda suvarma mövsümü başa çatdığından əkin sahələrində vurulan bəndlər açılıb, təmizləmə işləri davam etdirilir.
Astaraçaydan qidalanan Axiya və Alaşa kanallarda texnikanın hərəkət edə bilmədiyi ərazidə idarənin fəhlələri tərəfindən əl əməyi ilə uzunluğu 1500 poqonometr olan hissəsi, Şüvi-Lovayın beton üzlüklü kanalın 500 poqonometr hissəsi kol-koslardan təmizlənib.
Bundan əlavə, sel və qrunt sularının normal axıdılıb dənizə tökülməsi üçün uzunluğu 27 kilometr olan Kələdəhnə kollektorunun 12 min 800 poqonometr hissəsi lil və palçıqdan təmizlənib.
Çay məcralarında sel-suların normal axıdılmasını təmin etmək məqsədilə Astaraçayda 2000, Pensərçayda 3 min 800 və Qazandaşçayda 1500 poqonometr məcrada tənzimləmə işləri aparılıb.
Yağan yağışların törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə rayon ərazisindən keçən Pensərçayın Vaqo kəndi ərazisində daş-beton bəndin 95 poqonometr hissəsi dağıldığından həmin hissənin cari təmiri başa çatıb.
Şüvi-Lovayın beton üzlüklü kanalın Lovayın su anbarına tökülən 100 poqonometr hissəsi uçulub dağıldığından yenidən beton üzlüyə alınması işləri yekunlaşıb.
Diqqətə çatdırılıb ki, rayonda 1965-1970-ci illərdə çəkilmiş, uzunluğu 441 kilometr olan qapalı boru kəməri istismar müddətini keçdiyindən Pensər və Çayoba kəndlərinin ərazilərində həmin şəbəkələrdə sızma və dağılmalar müşahidə olunduğundan həmin ərazidə 300 poqonometrə yaxın qapalı boru şəbəkəsində qaynaq, təmir-bərpa işləri aparılıb.
Hazırda Astara Suvarma Sistemləri İdarəsi rayonun yaşayış məntəqələrində 2022-ci il suvarma mövsümünə hazırlıq məqsədilə kanallarda lildən təmizləmə işlərini davam etdirir.

Bu xəbər oxucular tərəfindən 950 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |