05.01.2022 [10:35] - Gündəm, Sağlıq
İngiltərədə COVID-19 pandemiyasının başlanmasından indiyədək ən yüksək gündəlik yoluxma faktı qeydə alınıb.
Yerli KİV-ə istinadla xəbər verir ki, son sutka ərzində ölkədə 218 min 724 nəfər koronavirusa yoluxub.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu virusdan ölənlərin sayı son 24 saatda 148 min 941-ə çatıb.
Vaksinasiya prosesinə 2020-ci il dekabrın 8-də başlanılan ölkədə birinci doza peyvənd edilənlərin sayı 51 milyon 820 min 652-yə çatıb. Həmin şəxslərdən 47 milyon 482 min 789-na vaksinin ikinci dozası da vurulub.
Dekabrın 31-də ölkədə 189 min 846 yeni yoluxma faktı qeydə alınıb. Bunun pandemiya başlayandan indiyədək ən yüksək yoluxma faktı olduğu qeyd edilmişdi. İngiltərədə hökumət artan yoluxma hallarına baxmayaraq, yeni ildən əvvəl məhdudiyyətlərin tətbiq olunmamasını qərara almışdı. Ancaq Uelsdə gecə klubları bağlanmış, Şotlandiyada ictimai tədbirlər məhdudlaşdırılmışdı.

Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |