Şrift:
“Toyota” şirkəti ABŞ bazarında avtomobillərin satış həcmində ilk dəfə “General Motos”u qabaqlayıb
05.01.2022 [10:44] - Gündəm, İqtisadiyyat
Yaponiyanın nəhəng “Toyota Motor” şirkəti ötən ilin nəticələrinə görə, tarixdə ilk dəfə ABŞ bazarında avtomobillərin satışında “General Motors” şirkətini qabaqlayı

Bu barədə yanvarın 5-də NHK telekanalı məlumat yayıb.

Şirkətin rəsmi hesabatına görə, “Toyota” şirkəti 2021-ci ildə 2,33 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 10 faiz çoxdur. “General Motors” şirkəti isə həmin dövrdə cəmi 2,2 milyon ədəd avtomobil satıb və bu, 2020-ci ilin göstəricisindən 13 faiz azdır. Buna səbəb kimi yarmkeçiricilərin çatışmaması nəticəsində zavodların işinin dayanması göstərilir.

“Toyota” şirkətinin də ABŞ-da çətinliklərlə qarşılaşdığı, lakin bunun satışa az təsir göstərdiyi qeyd edilir. Ötən il əsasən hibrid avtomobillərin satışında artım olduğu bildirilir. Belə ki, 2020-ci illə müqayisədə belə avtomobillərin satışında 73 faiz (583 min ədəd) artım qeydə alındığı vurğulanır.

Əlavə olaraq qeyd edək ki, “General Motors” şirkəti ABŞ bazarında avtomobillərin satışına görə 1931-ci ildən bəri şəriksiz lider idi.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed