06.01.2022 [10:02] - Gündəm, Sosial
İtaliya parlamentinin aşağı palatası ölkənin yeni prezidentini seçmək üçün yanvarın 24-də səsvermənin keçiriləcəyini və parlament üzvlərinin toplanacağını açıqlayıb.
Növbəti 7 illik dövrə prezidentin seçilməsi üçün səsvermə qapalı keçiriləcək. Günlərlə davam edəcəyi gözlənilən seçkilərdə deputatlar seçdikləri namizədlərə səs verəcəklər, lakin rəsmi namizəd hələ ki yoxdur. Partiya liderləri isə vahid namizədi müəyyən etmək üçün parlamentarilərlə danışıqlar aparırlar.
Yerli medianın məlumatına görə, sağ mərkəzçi partiyaların namizədi 4 müddətə Baş nazir olmuş 85 yaşlı Silvio Berluskonidir. Sol mərkəzçi Demokratik Partiya isə hazırkı Baş nazir Mario Draqini dəstəkləyir. Nümayəndələr Palatasının keçmiş sədri Pier Ferdinando Kasini, sabiq Baş nazir Culiano Amato və hazırkı ədliyyə naziri Marta Kartabiyanın da prezidentliyə namizəd olacağı gözlənilir.
Hazırkı Prezident Sercio Mattarellanın 7 illik səlahiyyət müddəti fevralın 3-də başa çatır.
Qeyd edək ki, İtaliyada prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Səsvermənin ilk üç turunda səslərin üçdəikisini toplayan, dördüncü səsvermədən sonra isə səslərin yarıdan çoxunu alan şəxs prezident seçilir. Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib. 1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində isə Covanni Leone 23 turdan sonra qalib gələ bilmişdi.
Prezident seçkilərdən və ya hökumətlərin buraxılmasından sonra qərar qəbul edən şəxsdir. Baş nazir və nazirlər şurasının üzvlərinin namizədliyi ilə bağlı səlahiyyət prezidentə məxsusdur.

Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |