Şrift:
İtaliyada koronavirus qurbanlarının sayı 138 mini ötüb
06.01.2022 [10:04] - Gündəm, Sağlıq
İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 189 min 109 nəfər artaraq ümumilikdə 6 milyon 566 min 947-yə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 231 nəfər artaraq 138 min 45-ə yüksəlib. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 256 min 297, reanimasiya şöbəsində olanların sayı 1428 nəfərdir.

Ötən gün 1 milyon 94 min 255 test icra edilib, virusdan sağalanların sayı isə 5 milyon 163 min 605 olub.

Bu vaxtadək ölkə əhalisinə ümumilikdə 112 milyon 850 min 467 doza peyvənd vurulub.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed