06.01.2022 [10:19] - Gündəm, Sosial
Ağstafa rayonunun yetirməsi, ölkəmizi beynəlxalq arenalarda tanıdan Pərviz Nəsibovun Ağstafa rayon Yeni Azərbaycan Partiyasının (YAP) binasında ictimaiyyətin nümayəndələri ilə görüşü keçirilib.
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Ukraynanı təmsil edərək gümüş medal qazanan Pərviz Nəsibov Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. İdmana ilk dəfə 6 yaşında, doğulduğu Muğanlı kəndində başlayıb. Dəfələrlə rayon birincisi, zona yarışlarının 2-si, 3-sü, məktəblərarası yarışların qalibi olub. Bir müddət sonra ailəsi ilə birlikdə Ukraynaya köçüb və idmanı orada davam etdirib.
2024-cü ildə Fransada keçiriləcək Olimpiadaya hazırlaşan Pərviz gənclərə idmanla məşğul olmağı tövsiyə edib. “Mən kiçik yaşlarımdan idmanla məşğul oluram. Hər bir gəncə tövsiyəm odur ki, pis vərdişlərdən uzaq dursunlar, ürəkləri istədiyi idmanla məşğul olsunlar. Zamanlarını idmana sərf etsələr, onun yaxşı nəticəsini az müddətdə görəcəklər”, - deyə o bildirib.
Görüş iştirakçıları gənc idmançıya gələcək karyerasında uğurlar arzulayıblar.
Qeyd edək ki, Pərviz Nəsibov Mariupol, Donetsk şəhərlərində idman yarışlarında iştirak edib, Ukrayna çempionu titulunu qazanıb, Avropa çempionatında üçüncü, dünya çempionatında isə ikinci yeri tutub. O, bu idmana daha çox əmək sərf edib, uşaqlıq illərini öz yaşıdları ilə deyil, idman zallarında gərgin məşqlərdə keçirib, hətta uzun müddət ailəsini belə görməyib. Nəticədə o, çəkdiyi əziyyətlərin bəhrəsini görüb, dünyanın ən mötəbər yarışında medal sahibi olub.

Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |